New York-da qərargahlanan Human Rights Watch təşkilatı Azərbaycanda 11 və 12 mart aksiyalarında onlarla etirazçının həbsinə görə narahatlığını bildirərək saxlanılanların dərhal azadlığa buraxılmasına çağırıb. Təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Rachel Denber Amerikanın Səsinə müsahibəsində Azərbaycan hökumətinin fundamental siyasi hüquqları pozduğunu vurğulayıb.
Sual: Sizin təmsil etdiyini Human Rights Watch bu günlərdə Azərbaycanda nümayişə çıxan insanların həbsləri ilə bağlı bəyanat verib. Siz Azərbaycanda hazırkı siyasi atmosferi necə dəyərləndirirsiniz?
Cavab: Biz bu barədə bir neçə bəyanat vermişik. Təşkilatımızın nümayəndələri bir neçə gün Bakıda keçirərək baş verənləri sənədləşdiriblər. Hökumət alternativ baxışlardan çıxış edən insanları təqib edir və fikir ayrılığına basqılar edir. Hökumət dinc nümayişçiləri heç bir ciddi əsas olmadan gülünc ittihamlarla həbs edir. Bu işləri görməklə hökumət dinc nümayişlərin qarşısını almağa çalışır.
Sual: Aprelin 2-də müxalifət növbəti aksiya planlaşdırır. Bu aksiya ərəfəsində sizin nə kimi narahatlıqlarınız var?
Cavab: Bizim üç başlıca narahatlığımız var: Birincisi, hökumət dinc toplaşmanın qarşısnı almaq üçün qabaqcadan insanları həbs edə və ya saxlaya bilər. İkincisi, polis bu nümayişi dağltmaq üçün zordan istifadə edəcək. Üçüncüsü, polis nümayişdə iştirak edənləri həbs edərək onlara müxtəlif növ inzibati cəzalar verəcək. Halbuki bu insanlar sərbəst toplaşma hüququnu icra edərək öz baxışlarını ifadə edirlər. Mənim narahatlığım odur ki, bu hal Azərbaycanda siyasi gərginliyi artıra bilər.
Sual:Belə görünür ki, son zamanlar hökumətin hədəfində başlıca olaraq gənc siyasi fəallar durur. Bu yaxınlarda Cabbar Savalanlının və Bəxtiyar Hacıyevin həbsi xüsusi diqqət cəlb edir. Sizcə, Azərbaycan hökuməti bu gəncləri həbs etməklə nəyə nail olmağa çalışır?
Cavab: Gəncləri həbs etməklə hökumət iki şeyə nail olmaq istəyir: Cəmiyyətdəki ən fəal səsləri susdurmaq və daha mühüm olaraq, başqalarını siyasi fəallqıdan çəkindirmək üçün onlara hədələyici mesaj göndərmək. Əlbəttə ki, bu düzgün deyil. Əvvəl dediyim kimi, bu şəxslərə qarşı irəli sürülən ittihamlar gülüncdür. Hesab edirəm ki, bu, həm də qeyri-məhsuldardır.
Sual: Human Rights Watch kimi təşkilatların bəynatlrı sizcə Qərb hökumətlərinin Azərbaycanla bağlı davranışına nec təsir göstərir?
Cavab: Human Rights Watch-un nə deyib deməməməsindən asılı olmayarq Azərbaycanın beynəlxaq tərəfdaşlarının borcudur ki, bu məsələləri Azərbaycan hökuməti qarşısnda qaldırsınlar.