Accessibility links

Rahim Şəhbazi: İran koronavirusla bağlı xaricdən yardım təkliflərini rədd etməməlidir


Amerikanın Səsinə danışan siyasi fəal Rahim Şəhbazi hesab edir ki, İran İslam Respublikasının ilk addımları koronavirusun daha geniş yayılmasına zəmin yaratdı. Belə ki, İran hakimiyyəti dini mərkəz hesab edilən Qum şəhərində ölüm hadisələrinin baş verməsinə qədər koronavirusa yoluxma halları ilə bağlı heç bir xəbər açıqlamamışdı.

Rahim Şəhbazi Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:12:34 0:00

İran rejimi keçən 40 ildə bu ölkəni xürafata doğru aparıb. Millət artıq belə çətin durumlarda bilmir ki, kimə əl uzatsın, kimdən kömək alsın. Millət inamını itirib.

Rahim Şəhbazi deyir, “hər hansı ölkədə, hər hansı bir hakimiyyətin birinci vəzifəsi budur ki, öz milləti ilə düz, şəffaf və açıq danışsın. Xüsusilə o zamanlarda ki, ciddi problemlər var. Bu virus məsələsi kimi ki, fərq etmir, sən yoxsulsan, pullusan, dövlət adamısan ya sıravi adamsan. Hər kəs bu virusa yoluxa bilər.”

O, İran hakimiyyətinin bu istiqamətdə doğru siyasət yürütmədiyini vurğulayır:

“Təəssüf ki, İran rejimində bu xüsusda heç bir müsbət hərəkət görmədik. Əksinə birinci gündən bunu gizlətməyə çalışdılar. Gizlədərək də virusun yayılmasına səbəb oldular. Yəni, koronavirusa yoluxan insanlar bəlkə özləri də heç bilmədən millət arasında gəzməyə davam etdilər və virusun digər insanlara yoluxmasına vasitə oldular. Hakimiyyət gizlətməsəydi və Qum şəhərini karantin bölgə elan etsəydi, hazırki vəziyyət meydana çıxmazdı.”

Bəzi millət vəkilləri daxil olmaqla, İranın müxtəlif vilayətlərində siyasi və ictimai fəallar koronavirus epidemiyası ilə bağlı hakimiyyətin açıqlamalarına güvənmədiklərini dilə gətirirlər.

Hakimiyyətin birinci vəzifəsi budur ki, öz milləti ilə düz, şəffaf və açıq danışsın... Ama İran hakimiyyəti birinci gündən bunu gizlətməyə çalışdı. Gizlədərək də virusun yayılmasına səbəb oldu.

Rahim Şəhbazi deyir ki, İslam Respublikasının keçən 40 ildə yürütdüyü səhv siyasətlər səbəbilə xalqın dövlətə inamı artıq qırılıb.

“İran rejimi keçən 40 ildə bu ölkəni xürafata doğru aparıb. Millət artıq belə çətin durumlarda bilmir ki, kimə əl uzatsın, kimdən kömək alsın. Millət inamını itirib,” ABŞ-da yaşayan fəal ifadə edir.

ABŞ İrana koronavirus təhlükəsinə qarşı müabrizədə yardım təklif edib. Lakin ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Hukun (Brian Hook) bildirdiyinə görə, İran rəsmiləri təklifi rədd ediblər.

Rahim Şəhbazinin fikrincə, İran hakimiyyəti əhalinin sağlamlığına önəm verirsə xarici yardımları qəbul etməlidir.

“Belə durumlarda biz milləti düşünməliyik. Bu koronavirus böhranını siyasi oyuna çevirməmək lazimdir. Mən fikir edirəm ki, bu böhranın təsirləri gələcək günlərdə daha da şiddətlənəcək. Buna görə, hər hansı kömək dünyanın hər hansı yerindən gəlsə mən müsbət baxıram. O köməyi qəbul etmək lazimdir,” türk fəal əlavə edir.

XS
SM
MD
LG