Accessibility links

Taha Kirmani: Koronavirus epidemiyası İranda siyasi böhrana çevrilməkdədir


Taha Kirmani

İranda koronavirus infeksiyasından ölənlərin sayının sürətlə artmasından sonra qonşu ölkələr İranla sərhədlərini bağladıqlarını bildirib. Amerikanın Səsinə danışan jurnalist Taha Kirmani hesab edir ki, yoluxmalar İranda siyasi böhrana çevrilməkdədir.

Taha Kirmani Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:36 0:00

“Artıq həm millət, həm səhiyyə qurumunun məsulları, həm də siyasilər koronavirus böhranının olduğunu qəbul edirlər. Ancaq baxdığımızda bu sağlıq böhranı gedərək bir siyasi böhrana çevrilir. Bu məsələnin idarəetməsi siyasilər arasında ciddi ixtilaf mövzusu olub. Çox radikal tənqidlər var,” Kirmani söyləyib.

Belə durumlarda əsas ehtiyaclardan biri ümumi məlumatlandırma, yəni toplumun məlumatlandırması və məsələ ilə bağlı hazırlıqlı olmasıdır. Bu, toplumda stress və həyəcanın artmasına mane olar.

Jurnalistin dediklərinə görə, İran hakimiyyətinin mövzu ilə bağlı informasiya axınının qarşısını alması virusun daha sürətlə yayılmasına zəmin hazırlayıb:

“Hətta Çin nümunəsi ilə müqayisə etdiyimizdə görürük ki, bu xəstəlik və virus inanılmaz bir sürətlə İranın hər tərəfinə yayılmağa başlayıb. Başqa bir tərəfdən də, hakimiyyətin normal bilgi axışını əngəllədiyinə görə sağlıqlı bilgilər əldə edə bilinmir. Bu da ciddi anlamda bilgi kirliliyi və dedi-qoduların yayılmasına səbəb olub.”

Taha Kirmani əlavə edib: “Belə durumlarda əsas ehtiyaclardan biri ümumi məlumatlandırma, yəni toplumun məlumatlandırması və məsələ ilə bağlı hazırlıqlı olmasıdır. Bu, toplumda stress və həyəcanın artmasına mane olar. Amma, hakimiyyətin bu durumu idarə etməyə niyyəti olsa belə millətə söz eşitdirməkdə çətinlik çəkir. Əsasən, hakimiyyət və millət arasındakı məsafə bu böhranın idarəetməsini daha da çətinləşdirir.”

İran rəsmiləri fevralın 19-da ilk dəfə olaraq müqəddəs Qum şəhərində iki nəfərin koronavirus infeksiyasından öldüyünü açıqlayıbılar.

Hakimiyyətin bu durumu idarə etməyə niyyəti olsa belə millətə söz eşitdirməkdə çətinlik çəkir. Əsasən, hakimiyyət və millət arasındakı məsafə bu böhranın idarəetməsini daha da çətinləşdirir.

Taha Kirmani hesab edir ki, ilk rəsmi açıqlamanın ölüm hadisəsindən sonra verilməsi, hakimiyyətin bilərək məsələni ört-basdır etdiyini göstərir. Onun sözlərinə görə, İslam Respublikası Parlament Seçkiləri və İslam İnqilabının 41-ci ildönümü mərasimlərinin keçirilməsində problem yaşanmaması üçün xəbərləri gizlətmiş ola bilər.

“Qumdaki ölüm hadisələrindən günlər öncə Qumun sağlıq qurumu məsələni təkzib edirdi. Biz virusun insanlarda ortaya çıxmasından günlər və həftələr sonra ölüm hadisəsinin gerçəkləşdiyini bilirik. Onların xəbəri təkzib etdiyi tarixlərə baxanda, 22 Bəhmən (11 fevral -İslam İnqilabının ildönümü) var, rejimin çox önəm verdiyi və əslində seçim yox, bəlkə bir propaqanda nümayişi olaraq gördüyü məclis seçimləri var” - deyə o, bildirib.

Jurnalist İranın ali dini lideri Ayətullah Əli Xameneyinin epidemiya ilə bağlı açıqlamalarına diqqət çəkərək, sağlamlıq mövzusunun İran rəsmiləri üçün prioritet olmadığını ifadə edib.

İnqilabın lideri Ayətullah Əli Xameneyi koronavirus ilə bağlı ilk açıqlamasında deyir ki, bu düşmənin bizə qarşı hücumudur. Mövzu insanların həyatıdır, bunlar propaqandadan danışır.


“İnqilabın lideri Ayətullah Əli Xameneyi koronavirus ilə bağlı ilk açıqlamasında deyir ki, bu düşmənin bizə qarşı hücumudur. Ortada tibbi bir məsələ var və mövzu insanların canıdır, amma rəsmilər, hətta sağlıq personeli propaqandadan, Qərbin və Amerikanın, bilməm haranın, hücumundan söz edirlər,” deyə o bildirib.

Taha Kirmani əlavə edib: “İranın böhran idarəetməsi ilə əlaqəli bizim hafizəmizdə acı günlər vardır. Elə bu keçən ili gözdən keçirsək, bayram ayındakı sel fəlakəti, daha sonra ölkənin müxtəlif bölgələrində baş verən zəlzələlər, daha sonra qar fəlakəti, hakimiyyətin aciz qaldığını, böhranları idarə edə bilmədiyini gördük... Koronavirus məsələsində dünya ölkələri tədbir almağa başladılar. Amma İranda bütün ölkələrin əksinə Çinə təyyarə səfərləri davam etdi. Qumda ölüm hadisələrinin ilan edilməsindən sonra belə bu səfərlər davam etdi.”

XS
SM
MD
LG