Accessibility links

ABŞ-da Ramazan ayı Hesab üsulu ilə keçirilir


ABŞ-da müsəlmanların müqəddəs Ramazan ayı ərəb dünyası və Asiya ölkələri ilə eyni gündə başlayıb. Müsəlman ruhanilərdən təşkil edilən Şimali Amerika Fiqh Şurası elmi hesablamalara əsasən bu qərara gəlib.Hesab adlandırılan hesablama üzrə Ramazanın ilin hansı ayına düşdüyünü müəyyən etmək mümkündür. Digər hesablama metodu isə Rukyadır ki, bu, ayın çıxması ilə müəyyən edilir. İndoneziya kimi ölkələrdə məhz bu üsulla Ramazanın başlanğıcı və sonu qeyd edilir.
Şimali Amerika Fiqh Şurası hesab nmetodunu 3 il əvvəl qəbul edib.
Amerikanın İndoneziya Müsəlmanları Assosiasiyasının prezidenti Oskar Zəki bildirir ki, Ramazanı iyul ayının 21-də elan edən İndoneziya hökuməti deyil, şuranın qərarı nəzərə alınmalıdır.
Zəkinin dediyinə görə, qurumda indoneziyalıların əksəriyyət təşkil etməsinə baxmayaraq, assosiasiya Amerikanın müsəlman icmasının bir hissəsidir.
Amerika və Kanadanın Müsəlman Cəmiyyətinin prezidenti Arif İsvantonun dediyinə görə, müxtəliflik müsəlmanları parçalamır. Arif İsvanto hər iki metodun düzgün olduğunu deyir.
Ölkə paytaxtında yerləşən ən böyük məscid-İslam mərkəzi də Ramazanın yəni uyulun 20-dən qeyd edir.
30 gün sürən Ramazanı Amerikada 7 milyon müsəlman qeyd edir.
XS
SM
MD
LG