Accessibility links

Müsəlman qaçqınlara Ramazan ianələri azalıb


Müsəlman qaçqınlara Ramazan ianələri azalıb
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Müsəlman qaçqınlara Ramazan ianələri azalıb

Türkiyədəki qaçqınlar üçün humanitar yardım İslamın müqəddəs Ramazan ayında kifayət etmir. Ötən illər ümumiyyətlə bol olan yardımlar Türkiyədə bir ildən artıq sürən pandemiyaya görə məhdudiyyətlər nəticəsində xeyriyyəçilik yardımlarının azalmasına gətirib çıxarıb.

Dünya müsəlmanları bu il Ramazan namazını sosial məsafə ilə qılmağa hazırdır. Ancaq Türkiyədə bir çox qaçqın bir ildən çoxdur ki, pandemiya ilə bağlı olan iqtisadi böhrana hazır deyil. Donorlar ümumiyyətlə bu müqəddəs ayda səxavətlə yardım göstərirlər, lakin bəzi fəallar yardımların 90% azaldığını deyir.

“Keçən il iş adamları pandemiya səbəbi ilə qaçqınlara əlavə dəstək göndərirdilər. Ancaq bu il eyni insanları çağırdığımızda, iqtisadi cəhətdən dəhşətli bir il keçirdiklərini dedilər" - deyə, könüllü yardım işçisi Aya Sultan bildirib.

Türkiyə dünyanın digər ölkələrindən daha çox, 3,6 milyon suriyalı qaçqına ev sahibliyi edir. Ancaq yoxsulluq bu illər ərzində bir çoxlarını Türkiyədən Avropaya qaçmağa məcbur edib.

Keçən il Məhəmməd Əl-Avas və ailəsi Avropaya keçməyə çalışıb, ancaq koronavirus məhdudiyyətləri onları geri döndürüb.

Bu il o, təkbaşına qaçmağa cəhd etsə də, Yunanıstan meşəsində xəsarət alıb və sonra deportasiya edilib.

“Getmək üçün çox pul xərclədim, amma geri qayıtmaq məcburiyyətində qaldım. Burada iş yoxdur, görüləcək bir şey yoxdur. Dəhşətdir" - deyə, suriyalı qaçqın Əl-Avas bildirib.

O vaxtdan bəri uşaqları online məktəbə yazdıra bilmədikləri üçün ailə yalnız sürətlə azalmaqda olan humanitar yardımlara ümid edir.

Məhəmmədin həyat yoldaşı Mərvə Avropaya səyahətin artan təhlükəsinə baxmayaraq, bunu irəliyə doğru yeganə yol hesab edir.

"Yenidən getməsinə qarşı idim, amma təslim olmayacaq. Yenidən cəhd edəcək."

Dənizdə qaçqın ölümlərinin sayının beş il azalmasından sonra bu göstərici bu il 61% artıb.

BMT-nin insan hüquqları rəsmiləri və digərləri Yunanıstan və Avropanı qaçqınları və sığınacaq axtaran insanları bəzən zorakılıqla Türkiyəyə geri qaytarmaqla beynəlxalq müqavilələri pozmaqda günahlandırır.

Yunanıstan isə beynəlxalq qanunları pozduğunu inkar və sərhədlərini qorumaq hüququnu müdafiə edir.

XS
SM
MD
LG