Accessibility links

Şeyxülislam Allahşükür Paşazadənin Ramazan təbriki


Şeyxülislam Hacı Allahşükür Paşazadə
Şeyxülislam Hacı Allahşükür Paşazadə

Təbrikdə iqtidarın uğurlu siyasəti və prezident seçkiləri də yer alıb


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə təbrik məktubu imzaıayəb.

Təbrikdə deyilir ki, möhtəşəmliyi və sevinci hədsiz olan bu ülvi bayram insanlara səadət və hədsiz fəxarət bəxş edir.

“Qoy İslam dininə sədaqətini nümayiş etdirmiş, Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vurmuş xalqımıza bu mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun”, şeyxülislam qeyd edib.

Paşazadənin fikrincə, Ramazan bayramını qarşılayan Azərbaycan xalqının ülvi arzuları vətəni üçün səadət, əmin-amanlıq istəkləri ilə qovuşur.

“Bu əziz gündə biz Allaha dualar edirik ki, işğal altında olan torpaqlarımızın, inşallah, tezliklə azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin.
Bu əziz bayram günündə qədirbilən xalqımız Azərbaycanın milli-mənəvi dəyərlərinin dirçəldilməsi və inkişafında əvəzsiz xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin ruhuna rəhmət oxuyur və onun böyük yolunun davamçısı İlham Əliyev həzrətlərinə Azərbaycanın daha artıq tərəqqisi naminə fəaliyyətində böyük uğurlar diləyirlər”, bütün Qafqazın və bütün azərbaycanlıların şeyxülislamı qeyd edib.

Təbrikdə bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkiləri də unudulmayıb:

“Builki Ramazan bayramı xalqımızın, dövlətimizin həyatında mühüm hadisə olan Prezident seçkilərinə hazırlıq dövrünə təsadüf edir. Əminəm ki, Azərbaycan xalqı seçkilərdə fəal iştirak edəcək və həmişə olduğu kimi müdrikliyini nümayiş etdirərək, Azərbaycanımızı tərəqqi yoluyla irəli aparana səs verəcəkdir”, təbrikdə bildirlir.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyat dairəsi Azərbaycan, Gürcüstan, Dagıstan, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz, Kabarda-Balkar, Adıgey və Şimali Osetiya-Alaniyanı ehtiva edir.
XS
SM
MD
LG