Accessibility links

Prezident Obama Ramil Səfərovun əfvindən narahatdır


Ağ Ev Obama və Əliyevin görüşü barədə açıqlama yayıb
Ağ Ev Obama və Əliyevin görüşü barədə açıqlama yayıb

Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının zabit Səfərovun əfvi ilə bağlı bəyanatda deyilir

ABŞ Milli Təhlükəsizlik Şurasının danışmanı Tommy Vietorun Ramil Səfərovun əfv edilməsi barədə Azərbaycanın qərarı haqqında bəyanat yayıb.
Sənəddə deyilir: “Prezident Obama Azərbaycan Prezidentinin Macarıstandan qayıtdıqdan sonra Ramil Səfərovu əfv etməsi barədə bugünkü elandan çox narahatdır. Səfərov 2004-cü ildə Budapeştdə Ermənistan ordusunun zabiti Qurgen Marqaryanın qətlini etiraf etmişdir və bu dəhşətli cinayətə görə Macarıstanda ömürlük həbs cəzasını çəkirdi. Biz Azərbaycan hökumətinə Səfərovun əfv edilməsi haqqında qərarla bağlı öz narazılığımızı çatdırırıq. Bu hərəkət regional gərginliyin azaldılmasına və barışın təbliğinə yönəldilmiş səylərlə ziddiyyət təşkil edir. Amerika Birləşmiş Ştatları Səfərovun Azərbaycana köçürülməsi qərarı ilə bağlı Macarıstandan da izahat tələb edir”.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG