Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilib. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.
Ramil Səfərov Azərbaycan Ordusunun zabitidir. O 2004-cü ildə NATO-nun Budapeştdə keçirilən tədbirində Ermənistan ordusunun zabitinin təhqiramiz sözlərinə dözməyərək onu öldürüb. Ramil Səfərov həbsini Macarıstan həbsxanasında çəkirdi. Bu günlərdə Azərbaycan zabiti ekstradisiya olunub.