Accessibility links

Viktor Orban: Səfərovun ekstradisiyası haqqında qərar ədalətli idi


Macarıstanın baş naziri Viktor Orban
Macarıstanın baş naziri Viktor Orban

Bu barədə Macarıstanın baş naziri Viktor Orban Budapeştdə parlament dinləmələri zamanı bildirib

Hökumətin Ramil Səfərovun Azərbaycana qaytarılması haqqında qərarı ədalətli idi, bu barədə Macarıstanın baş naziri Viktor Orban bazar ertəsi Budapeştdə Parlament dinləmələri zamanı bildirib.

politics.hu saytının yaydığı məlumata görə, Orban sosialistlərin şəxsində müxalifətin Səfərovun azad edilməsinin arxasında maliyyə maraqlarının durması haqqında ehtimallarını təkzib edib.

Macarıstanın hüquq təcrübəsində əvvəllər də belə hadisələr olub və məhbuslar beynəlxalq hüquq çərçivəsində hökumətlərin xahişi ilə cəzalarını öz ölkələrində çəkmək üçün təhvil verilib.

Müxalif deputatlar hakimiyyəti bu işlə bağlı bütün sənədləri dərc etməyə çağırıblar.

Öz növbəsində, origo.hu saytı bildirir ki, ötən həftə hakim partiyanın qapalı iclasında guya Orban deyib ki, Səfərovun səhhəti ilə əlaqədar vətəndə azad ediləcəyini ehtimal edirdi.
XS
SM
MD
LG