Oktyabrın 4-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında cari məsələ kimi “Ramil Səfərov məsələsi” müzakirə edilib.
APA agentliyinin məlumatına görə, bu məsələ ilə əlaqədar çıxışların sonunda heç bir sənəd, qətnamə qəbul olunmasa da, müzakirələr çox qızğın keçib.
AŞ PA Bürosu bu məsələnin araşdırmasını qurumun hüquqi məsələlər və insan hüquqları komitəsinə tapşırdığı üçün komitənin sədri, britaniyalı parlamentar Kristofer Çop məlumat verib.
Müzakirələrdə avropalı və erməni deputatlarla yanaşı, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti üzvləri də çıxış ediblər.
K. Çop, öncə Ramil Səfərovun Budapeştdə NATO təlimləri çərçivəsində öz həmkarını, erməni zabitini öldürməsinin tarixçəsini danışıb, onun ekstradiyası və əfv olunması proseduru barədə geniş məlumat verib.
Məsələyə hüquqi qiymət verən K. Çop qeyd edib ki, beynəlxalq və Azərbaycanın daxili hüquqi normaları R. Səfərovun ekstradisiyasını və əfv olunmasını mümkün edir: “Bu məsələdə sadəcə hüquqdan ifrat yararlanmaq və mənəviyyat baxımından əks tərəfi qıcıqlandıran detallar var”.
Çıxış edən digər avropalı deputatlar da R. Səfərovun ekstradisiyasını və əfv olunmasını pisləsələr də, Azərbaycan və Macarıstanın Strasburq Konvensiyasının bütün norma və qaydalarına əməl etdiklərini, baş vermiş hadisənin beynəlxalq hüquq çərçivəsini aşmadığını bildiriblər.
Çıxış edən avropalı deputatlar, əsasən, “məsələnin mənəvi tərəfinə diqqət etdiklərini” deyiblər. Onlar bu hadisənin münaqişədə olan iki ölkə arasındakı münasibətləri daha da ağırlaşdıra biləcəyini vurğulayıblar.
Qeyd edək ki, AŞ PA-da Ramil Səfərov məsələsinin Dağlıq Qarabağ problemi kontekstində müzakirə edilməməsi tövsiyə olunmuşdu. Lakin avropalı deputatların da əksəriyyəti hadisədən danışarkən, Dağlıq Qarabağ probleminə toxunub və Ermənistanla Azərbaycan arasındakı münaqişənin tezliklə həll edilməsini arzuladıqlarını bildiriblər.
Macarıstandan olan deputatlar da çıxışlarında ölkələrinin beynəlxalq hüquq normalarının əksinə olan addım atmadığını, bu məsələdə Macarıstanın həm də mənəvi və humanist tərəfləri nəzərə aldığını deyiblər. Macar parlamentarlar R. Səfərov məsələsinin həlli üçün Macarıstanla Azərbaycan arasında hansısa biznes razılaşmaları olması barədə iddiaları “cəfəngiyyat” adlandırıblar.
AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt da bu olaydan təəssüfləndiyini bildirib. O, Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni işğal etdiyini, bu işğal nəticəsində yüz minlərlə qaçqın və məcburi köçkünün olduğu faktını bir daha assambleya üzvlərinin nəzərinə çatdırıb.
Müzakirələrdə daha aqressiv münasibəti isə erməni və fransız deputatlar göstəriblər. Onlar Ramil Səfərov məsələsinə görə Avropa Şurası və AŞPA-nın Azərbaycana qarşı xüsusi sanksiyalar tətbiq etməsinin vacibliyini bildirən çağırışlar səsləndiriblər.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aydın Abbasov ermənilərin bu hüquqi məsələni Assambleyada siyasiləşdirərək, Azərbaycana təzyiq etmək niyyətində olduqlarını bildirib. A. Abbasov Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, Ermənistanın işğalçı siyasətindən, münaqişənin gətirdiyi faciələrdən danışıb, problemin tezliklə həll edilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan və Türkiyənin digər millət vəkilləri də çıxışlarında ötən əsrdə erməni terrorçularının türk diplomatları və Fransa vətəndaşlarına qarşı törətdikləri qətliamlarla bağlı faktları səsləndiriblər. Qeyd olunub ki, bu cinayətləri törətmiş şəxslər sonradan əfv edilərək, Ermənistana gəlib, onlara fəxri adlar verilib və qəhrəman kimi qarşılanma mərasimləri düzənlənib.
Azərbaycandan olan millət vəkilləri çıxışlarında bu məsələnin Dağlıq Qarabağ münaqişəsi kontekstindən kənar araşdırılmasının və münasibət bildirilməsinin doğru olmadığını söyləyiblər.
Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov müzakirələrdə Azərbaycanın əleyhinən səslənən ittihamlara cavab verib.
O bildirib ki, Dağlıq Qarabağ problemi bir faciədir.
“Hesab edirəm ki, bəzi qüvvələr və dairələr bu faciəni daha çox siyasiləşdirərək, manipuliyasiya etməyə çalışırlar”.
S. Seyidov müzakirələrdə Andersonun səsləndirdiyi “bu məsələ əksinə baş versəydi, yəni qatil erməni, qətlə yetirilmiş əsgər isə azərbaycanlı olsaydı, Azərbaycan tərəfinə bu necə təsir edə bilərdi?” sualına cavab verib: “1992-ci ildə 3 erməni bir azərbaycanlı qadın jurnalisti amansızlıqla qətlə yetirirlər. Bu qadın Azərbaycanda tanınmış jurnalist Salatın Əsgərova idi. Azərbaycan hökuməti o vaxt, bu hadisədən iki il sonra bu qatilləri erməni tərəfinə təhvil verdi. Bəs Ermənistan neylədi? Dərhal onları azadlığa buraxdı. 1996-cı ildə Bakı metrosunda terror aktını həyata keçirdiyi üçün ölüm hökmünə məhkum olunmuş bir erməni terrorçusu da bizim tərəfimizdən erməni tərəfinə təhfil verildi və dərhal azad edildi. 2001-ci ildə Ermənistan Avropa Şurasının tamhüquqlu üzvü qəbul olunduğu bir vaxtda Fransadan Ermənistana terrorçu ekstradisiya olundu. Həmin terrorçu Parisin Orli aeroportunda terror aksiyası törətmişdi, dinc insanlar ölmüşdü. O da Ermənistana təhvil verildi, hökumət onu dərhal azad etdi, ona mənzil verdilər, qəhrəman kimi qarşıladılar və hətta dövlət rəsmiləri də onunla görüşdülər. Azərbaycanla bağlı danışmamışdan əvvəl bui faktlara diqqət yetirmək lazımdır”.
S. Seyidov Azərbaycanın müharibə vəziyətində olduğunun nəzərə alınmasının vacibliyini qeyd edib: “Bu gün biz burada Ramil Səfərov məsələsini müzakirə edirik, amma burda heç vaxt ayrıca olaraq, Xocalı soyqırımından danışılmayıb. Yüzlərlə qoca, qadın və uşaq Ermənistan Silahlı Qüvvələri tərəfindən Dağlıq Qarabağ və Xocalıda amansızcasına qətlə yetirilib. Ermənistan prezidenti Assambleyadakı çıxışında Dağlıq Qarabağ müharibəsində iştirak etməsindən qürür hissi duyduğunu bəyan etmişdi. Niyə Ermənistanın keçmiş prezidenti Robert Köçəryan iki xalq arasında uyğunluğun olmamasını bəyan etmişdi? Belə olan vəziyyətdə, yalnız Ramil Səfərov məsələsindən deyil, həmçinin Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından danışmaq lazımdır. Mənim doğmalarım da ermənilər tərəfindən qətlə yetirilib. Amma biz sülh istəyirik. Buna görə də biz bu gün buradayıq”.
Xatırladaq ki, “Ramil Səfərov məsələsi” adı altında Assambleyada keçirilmiş bugünkü müzakirələr, AŞPA-nın gündəliyinə cari məsələ kimi əlavə olunub və bununla bağlı qurum heç bir hüquqi, həmçinin tövsiyə xarakterli sənəd qəbul etməyib.