Accessibility links

Baş redaktor vaxtından əvvəl azadlığa buraxılıb


İslam-azeri.az saytının baş redaktoru Ramin Bayramov
İslam-azeri.az saytının baş redaktoru Ramin Bayramov

Abşeron Rayon Məhkəməsi Ramin Bayramovu vaxtından əvvəl azadlığa buraxıb

Bu gün Abşeron Rayon Məhkəməsində “İslam-azeri.az” internet qəzetinin baş redaktoru Ramin Bayramovun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətinə baxılıb.

APA agentliyinin məlumatına görə, R. Bayramovun müraciəti təmin edilib, o, vaxtından əvvəl azadlığa buraxılıb.

Qeyd edək ki, R. Bayramov 2011-ci il avqustun 11-də saxlanılıb. Baxış zamanı onun üzərində narkotik vasitə aşkarlanıb. Mənzilindən isə tapança, yeddi ədəd güllə və daraq tapılıb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilən R. Bayramov cəzanın ½-ni çəkdiyi üçün vaxtından əvvəl azadlığa buraxılması barədə məhkəməyə müraciət edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG