Accessibility links

"Mən Arif bəylə və Leyla xanımla fəxr edirəm"


Ramiz Yunus: Leyla xanım hələ də həbsdədir
please wait

No media source currently available

0:00 0:12:38 0:00

“Səhər saat 5-də mənə telefon zəngi gəldi. Yaxın dostum mənə dedi ki, qardaşımı azad ediblər,” deyə Ramiz Yunus ilk dəfə qardaşının həbsdən buraxılması haqda xəbəri necə eşitdiyini Amerikanın Səsinə təsvir edir. “Mən ona zəng etdim. Səsini eşitdim. Heç bilməmişəm ki, doğma qardaşın səsini eşitməklə özümü necə xoşbəxt hiss edərəm. Bir ildir ki, səsini eşitməmişdim.”

ABŞ-ın Baltimor şəhəri yaxınlığında yaşayan qardaşın dediklərinə görə, Arifin sərbəst buraxılması hakimiyyətin siyasi iradəsinin göstəricisi yox, məcburiyyət qarşısında atılan bir addım idi. Belə ki, həyat yoldaşı ilə qəddar rəftara etiraz əlaməti olaraq aclıq elan etmiş Arifin öz vəziyyəti günü-gündən ağırlaşırdı.

Arifə aclıq olmaz. Bu, hər zaman infarkta gətirib çıxara bilər. Onlar qorxdular ki, Arif orada ölə bilər, ona görə də qərar verdilər evə buraxsınlar.

“O, hipertonikdir. Bu aclıq onun həyatı üçün çox təhlükəlidir. Ona aclıq olmaz. Bu, hər zaman infarkta gətirib çıxara bilər. Onlar qorxdular ki, Arif orada ölə bilər, ona görə də qərar verdilər evə buraxsınlar. Onlar anlayırlar ki, bunun nəticəsi çox pis ola bilər.”

Arifin buraxıldıqdan sonra verdiyi bəyanatları şərh edən Ramiz Yunus qardaşını anladığını bildirir. Belə ki, Leylanın səhhəti Airfin səhhətindən də ağırdır. Və nə qədər ki, Leyla xanım həbsdə qalır, Arif rahat ola bilməz.

“Mən onu da başa düşürəm. 37 ildir onlar birlikdədirlər. İnandırım sizi, onların münasibəti haqda kitab yazmaq olar. Onlar arasındakı sevgi böyükdür.”

Ramiz Yunus Leyla xanıma qarşı həbsdə rəftarı pisləyib. Ahıl, yaşlı qadınlar zorakı rəftarı tənqid edən müsahib hüquq müüdafiəçisinə göstərilən münasibətin hakimiyyətin haqqında tez-tez danışdığı milli mentatlitetə və islam dəyərlərinə zidd olduğunu vurğulayıb.

Arif və Leyla Yunus
Arif və Leyla Yunus

“Leyla xanımı mənəvi cəhətdən sındıra bilməyiblər və bilməyəcəklər. Bunu Leyla xanımı tanıyanlar bilir. Fiziki cəhətdən sındırmaq istəyirlər. Onlar onu məhv etmək istəyirlər ki, hamıya nümunə olsun.”

Hadisələrin müsbət sonluqla nəticələnəcəyinə ümidini ifadə edən Ramiz Yunus Qərb dövlətlərini və qeyri-hökumət təşkilatlarını Azərbaycanda insan haqlarının durumunu diqqətdə saxlamağa çağırıb. Onun sözlərinə görə, Leyla xanım kimi hazırda Azərbaycan məhbəslərində olan onlarla siyasi məhbusun taleyinə biganə qalmaq olmaz.

Arifin həbsdən buraxılması kiçik addımdır. Leyla xanım içəridədir. Yüzə yaxın məhbus var.

“Arifin həbsdən buraxılması kiçik addımdır. Leyla xanım içəridədir. Yüzə yaxın məhbus var. Mən hakimiyyətin bu hərəkətinə jest kimi baxmıram. Jest olsaydı, Leyla xanımın durumu Arifin durumundan da pisdir. Gərək onların ikisini də buraxaydılar.”

Qardaşı ilə sıx münasibətlərindən danışan Ramiz Yunus Ariflə və onun xanımı Leyla ilə ailəliklə fəxr etdiyini bildirib. Arifi uşaqlıqdan özünə örnək kimi gördüyünü deyən Ramiz Yunus qardaşının tarixçi kimi keçdiyi həyat yolundan bəhs edib.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG