Accessibility links

Ramzan Kadırov qələbə çaldı


Çeçenistanın paytaxtı Qroznıda seçiciləri milli geyimli uşaqlar rəqslərlə qarşılayıb.

Səsvermə demokratik seçkilər deyil, daha çox bayram əhval-ruhiyyəsində keçirilib.

Dumada oturan biri üçün deyil, gələcəyin səsverməsi olduğu üçün hamı Kadırova yekdilliklə səs verəcək

Qroznı küçələrində Kadırov və onun atası Əhməd Kadırovun portretləri, üzərində şəkilləri olan köynəklər və maşınlarda rəsmləri, habelə çoxsaylı suvenirlər görmək olar.

İlk dəfə sentyabrın 18-də 95 faiz seçicinin iştirakı ilə keçirilən seçkilərdə Ramzan Kadırov 98 faiz səslə seçilib.

Kadırovun qələbəsi gözlənilməz deyildi. Belə ki, Rusiya prezidenti Vladimir Putin tərəfindən təyin edilən Kadırov on ildən çoxdur respublikaya rəhbərlik edir.

Ramzan Kadırov
Ramzan Kadırov

Qoznının meri Müslüm Xuçiyev Qafqaz ənənənəsi ilə səsverməyə üzərində Kadırovun şəkilləri olan bayraqlarla bəzənmiş faytonla gəlib. O, Amerikanın Səsinə deyib ki, bu, Dumada oturan biri üçün deyil, gələcəyin səsverməsi olduğu üçün hamı Kadırova yekdilliklə səs verəcək.

Kadırov müstəqilliyi uğrunda iki dəfə Rusiya ilə uğursuz müharibə aparan Çeçenistanda sülh rəmzi hesab edilir.

Tənqidçilər isə onu şəxsiyyətə pərəstiş simvolu kimi qiymətləndirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG