İranın atom enerjisi agentliyinin rəhbəri deyir ki, BMT-nin Tehrana yeni sanksiyalar tətbiq etməsinə cavab olaraq ölkə 17 kiloqram uranı 20 faiz zənginləşdirməyə nail olub. Əli Əkbər Salehi İranın İSNA xəbər agentliyinə bildirib ki, Tehran bir aya 5 kiloqram uranı 20 faiz zənginləşdirmək qabiliyyətinə malikdir. Ancaq o deyir ki, paytaxt Tehrandakı tibbi reaktora ehtiyac olan miqdarda uran zənginləşdirəcək. Bu bəyanat Birləşmiş Ştatlar rəsmilərinin nüvə proqramı səbəbilə İrana qarşı sanksiyalar siyahısının genişləndirilməsi barədə açıqlamasından sonraya təsadüf edir. Qərb ölkələri İranın uranı zənginləşdirməklə nüvə silahı əldə etməyə çalışmasından narahatdır. Ekspertlər bu ehtimalın 90 faiz olduğunu bildirir.
Əli Əkbər Salehi İSNA xəbər agentliyinə bildirib ki, Tehran bir aya 5 kiloqram uranı 20 faiz zənginləşdirmək qabiliyyətinə malikdir