Accessibility links

İran həbsxanasında azərbaycanlı fəala işgəncə verilib


İran həbsxanasında azərbaycanlı fəala işgəncə verilib
İran həbsxanasında azərbaycanlı fəala işgəncə verilib

Təbrizli fəalın konkret nədə günahlandırıldığı bilinməsə də, səhhətinin ciddi təhlükə altında olduğu deyilir.

Həbsə salınan təbrizli fəal Məhəmməd Rzayi Təbriziyə işgəncə verilib. “Media forum” saytının məlumatına görə, fəal dindirilərkən müxtəlif təzyiqlərə, eləcə də fiziki işgəncəyə məruz qalıb. Təbrizli fəalın konkret nədə günahlandırıldığı bilinməsə də, səhhətinin ciddi təhlükə altında olduğu deyilir.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları dekabrın 10-da Məhəmməd Rzayi Təbrizi və qızı Laçını Türkiyəyə səfər edərkən tutub Təbriz bölməsinə aparıblar. Ata-bala döyülüb, təhqir edilib. Laçın 4 saat dindirildikdən sonra müvəqqəti azadlığa buraxılsa da, atası ETTELAAT-da saxlanıb.

Hər iki fəalın pasportları, şəxsi əşyaları, eləcə də Məhəmməd Rzayi Təbrizinin Azərbaycan dilində çapa hazırladığı və özü ilə Türkiyəyə aparmaq istədiyi bir roman və bir sözlüyün (lüğət) əlyazmaları, eləcə də içində digər yazıları olan fləş-kartı götürülüb.

Məhəmməd Rzayi Təbrizi 2009-cu ildə Urmiya gölünün qurumasına etiraz olaraq keçirilən aksiyaya qatıldığına görə tutulmuş, bir neçə gün ETTELAAT-ın Təbriz şöbəsinin zindanında saxlandıqdan sonra mülk girovu qarşılığında azadlığa buraxılmışdı.

XS
SM
MD
LG