Accessibility links

128 təbrizli bir gündə mühakimə olunub


128 təbrizli bir gündə mühakimə olunub
128 təbrizli bir gündə mühakimə olunub

İran İnsan Haqları fəallarının Xəbər Ajansı (HRANA) və Güney Azərbaycan xəbər Mərkəzinin yaydığı xəbərə görə, Təbrizdə 128 siyasi-mədəni fəal və futbol azarkeşi bir gündə mühakimə olunub.

Xəbərdə deyilir ki, 128 təbrizli fəal ya Urmiyə gölünün qurumasına qarşı etiraz nümayişlərində və ya Traktorsazi futbol komandasının oyunundan sonra insanların keçirdiyi şadyanalıqlar və etirazlar zamanı saxlanıb. Bu, 128 nəfərin mühakiməsi dekabrın 14-də (Azər ayinin 22-si) hakim Kiyanuş Şukuhitazənin sədrliyi ilə 104 saylı Ümumi Məhkəmədə olub. Hakim saxlananların işinə 30 nəfərlik qruplar şəklində baxıb. Mühakimə saat 8.30-da başlayıb, 14.30-da başa çatıb. Belə görünür ki, hakim hər insan barədə bir neçə dəqiqə ərzində qərar qəbul edib.

Hakim Kiyanuş Şukuhitazə 128 nəfərin hamısına qarşı “ictimai qaydanı pozmaq” ittihamı irəli sürüb.128 müttəhimi məhkəmədə cəmi iki vəkil, Yusuf bəy Mevlayi və Musa bəy Bərzin Xəlifəlu müdafiə edib. Vəkil Musa bəy Bərzin özü ötən orucluqda, iftar çağı Təbrizdə 30 nəfər ilə birlikdə tutulanlardandır.

XS
SM
MD
LG