Accessibility links

İran Küveytlə diplomatik qarşıdurmada


İran Küveytlə diplomatik qarşıdurmada
İran Küveytlə diplomatik qarşıdurmada

İran üç diplomatının Küveytdən qovulmasına cavab olaraq üç əmirlik diplomatını İslam Respublikasından çıxarıb.

İran mediası bu barədə açıqlamanı bu gün verib. Məlumata əsasən küveytli diplomatlar ölkədən aprelin 2-də qovulublar.

Ötən ay Küveytin xarici işlər naziri bəyan etmişdi ki, ölkədə casus şəbəkəsi ilə əlaqələrinə görə bir neçə iranlı diplomat ölkədən çıxarılacaq.

İttiham olunan casusların İran hökumətinə işlədikləri güman olunur. Həmin şəxslər Küveyt və ABŞ hərbi obyektləri barədə informasiya toplayırdılar.

Küveyt məhkəməsi milliyətcə bir küveytli və iki iranlıya edam hökmü oxuyub.

XS
SM
MD
LG