Accessibility links

İran mediası Mahmud Əhmədinejada hücum edildiyinə dair məlumatı inkar edir


Xəbəronlina.ir veb səhifəsində prezidentin Həmadan şəhərinə gedərkən həyata keçirilən qumbara hücumundan sağ qurtardığı bildirilir

İranın dövlət mediası prezident Mahmud Əhmədinejada qumbara ilə hücum edildiyinə dair məlumatı inkar edir. Xəbəronlina.ir veb səhifəsində prezidentin Həmadan şəhərinə gedərkən həyata keçirilən qumbara hücumundan sağ qurtardığı bildirilir. Reuter və Əl-Ərəbiyyə də İran prezidentinin hücuma məruz qaldığı barədə məlumat verib. İranın Fars xəbər agentliyi Həmadan sakinlərinin prezidenti salamlamaq üçün fişəng atdıqlarını və bununla bağlı bir nəfərin həbs edildiyini bildirib.

XS
SM
MD
LG