Accessibility links

İran monitorları nüvə obyektinə buraxmağa hazır deyil


İran mediası bildirir ki, BMT nüvə agentliyi atom bombası istehsal edildiyindən şübhələnilən obyektdə təftiş aparmaq üçün tutarlı əsas gətirməyib.

Qərb dövlətləri güman edirlər ki, Parçin kompleksində atom bombası üzərində iş gedir. Beynəlxalq Nüvə Enerji Agentliyinin ötən həftə açıqladığı hesabatda Parçin obyektində geniş fəaliyyətlərin peyk fotolarında əks olunduğu bildirilir.

İran rəsmiləri beynəlxalq monitorları həmin əraziyə buraxmaqdan boyun qaçıraraq oranın hərbi baza olduğunu israr edirlər.

“Bu səfərə icazə vermək üçün tələb olunan səbəbləri və sənədləri agentlik bizə təqdim etməyib,” deyə İran Nüvə Enerji Təşkilatnın trəhbəri Firudin Abbasi Davani qərarı müdafiı edib.

Ötən həftə dünyanın altı aparıcı qüdrəti İranı həssas nüvə fəaliyyətini dayandırmağa razı sala bilmədilər. Tərəflər bu həftə yenidən Moskvada bir araya gələcəklər.

XS
SM
MD
LG