İranın dövlət televiziyası İranın nüvə yanacağına dair BMT-nin dəstəklədiyi təkliflə bağlı həlledici və detallı danışıqlara başlayacağını bildirib. İranın xarici işlər naziri Mənuçehr Möttəki Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı Yukiya Amano ilə bu gün görüşmək üçün Vyanadadır. Cənab Möttəki İran televiziyasına müsahibəsi zamanı yanacaq mübadiləsi barədə razılığın çoxtərəfli etibar yaradılmasına gətirib çıxaracağını deyib. Nüvə mübadiləsinə əsasən, İranın aşağı səviyyədə zənginləşdirilmiş uranı tibbi sahələrdə istifadə ediləcək yanacağa çevirmək üçün xaricə göndərməsi nəzərdə tutulur. İran indiyə qədər Beynəlxalq Atom Enerjisi Agentliyinin irəli sürdüyü təklifin bəzi şərtlərinə etiraz edirdi.
Mənuçehr Möttəki deyib ki, razılıq çoxtərəfli etibar yaradılmasına gətirib çıxaracaq