Accessibility links

İran parlamentinin deputatı prezidenti dini rəhbərə qarşı çıxmaqda qınayıb

İran parlamentinin deputatı prezidenti dini rəhbərə qarşı çıxmaqda qınayıb
İran parlamentinin deputatı prezidenti dini rəhbərə qarşı çıxmaqda qınayıb

Son vaxtlar İranın dini rəhbəri ilə prezidenti arasında ixtilafın yarandığı barədə xəbərlər yayılır. Bu xəbərlər ETTELAAT rəhbərinin istefası və dərhal postuna qaytarılması hadisəsindən sonra intensivləşib. Aprelin 17-də ETTELAAT rəhbəri Heydər Moslehi istefa versə də, dini rəhbərin göstərişi ilə dərhal öz postuna qaytarılıb.

İran parlamentinin mühafizəkar deputatı İsmayıl Kövsəri mayın 10-da dini rəhbər ayətullah Əli Xamneyinin bir qrup himayədarının toplantısında çıxış edərək prezident Mahmud Əhmədinejada qarşı sərt bəyanatlar səsləndirib.
“Media forum” saytının məlumatına görə, İsmayıl Kövsəri İran prezidenti Mahmud Əhmədinejad və onun komandasını “düz yoldan yayınmış siyasi cərəyan” adlandırıb. “Ölkədə baş verən son hadisələr dini rəhbərin tam diqqət mərkəzindədir. Nə qədər ki, bu hökumət düz yolda hərəkət edir, biz ona dəstək verməliyik. Lakin ayıq-sayıq olmalı, gözlərimizi düz yoldan yayınmış bu cərəyana yummamalıyıq.
Məsələnin əsl mahiyyəti belədir ki, bu cərəyana (Əhmədinejad və onun komandası) mənsub şəxslər deyirlər ki, bu gün mövcud qabiliyyətlərimizi nəzərə alaraq özümüz birbaşa İmam Zamanla (şiələrin min ildən çoxdur qeybətdə olduğu və haçansa qayıdıb bəşəriyyəti xilas edəcəyi iddia edilən 12-ci imamı Həzrət Mehdi) əlaqə yaratmalıyıq və belə olan halda isə “Vəliyyi fəqih” (dini rəhbər Əli Xamneyinin mütləqiyyətə söykənən hakimiyyəti və titulu) qırağa qoyulmalıdır.
Müharibə illərində (İran-İraq müharibəsi nəzərdə tutulur) cəbhələrdə vuruşan döyüşçülərin işi asan idi. Çünki onların düşməni artıq bəlli idi. Lakin bu gün getdiyimiz yol çətin və mürəkkəb yoldur və dini rəhbərin arxasınca hərəkət etmək üçün insanın gərək bəsirəti olsun. Prezident ETTELAAT nazirini işdən çıxarmaqda tələskənliyə yol verdi. Məhz buna görə də dini rəhbərin məsələnin həlli üçün işə qarışması onun həssas vəzifəsi və məsuliyyət hissi daşıması ilə bağlıdır”.

XS
SM
MD
LG