Accessibility links

İran prezidenti Brazilyanın vasitəçiliyinə razılıq verib


Mahmud Əhmədinejad dünən Venesuela prezidenti Huqo Çaveslə söhbətində Brazilyanın vasitəçilik təklifi barədə danışıb

İran prezidenti Mahmud Əhmədinejad BMT-nin dəstəklədiyi dalana dirənmiş nüvə enerjisi təklifində Brazilyanın vasitəçiliyinə prinsipcə razılaşıb. Bu gün İran prezidentinin idarəsinin açıqladığı bəyanatda deyilir ki, cənab Əhmədinejad dünən Venesuela prezidenti Huqo Çaveslə söhbətində Brazilyanın vasitəçilik təklifi barədə danışıb. BMT sazişi Tehranı uranı zənginləşdirmək üçün Rusiyaya göndərməyə çağırır. Oradan yanacaq halına salınmaq üçün Fransaya göndəriləcək uran daha sonra geri İranın nevə reaktoruna qaytarılacaq. İran bildirib ki, Tehran yanacaq mübadiləsini yalnız İran hüdudlarında baş verəcəyi təqdirdə qəbul edəcək. Brazilya bir müddət əvvəl dünya ictimaiyyətini saziş barədə vaxt məhdudiyyəti qoymamağa çağırmışdı.

XS
SM
MD
LG