Accessibility links

İran prezidenti Mahmud Əhmədinejad Liviyada baş verənləri qinayır


İran prezidenti Mahmud Əhmədinejad Liviyada baş verənləri qinayır
İran prezidenti Mahmud Əhmədinejad Liviyada baş verənləri qinayır

İran prezidenti Mahmud Əhmədinejad Liviyada etrazçıların qətllərini qinayaraq, hökumətin atdığı addımları ağlasığmaz adlandırıb. Bu gün etdiyi çıxışı zamanı cənab Əhmədinejad ərəb liderlərinin öz xalqlarını dinləməli olduqlarını bildirib və onlar öz vətəndaşlarına qarşı odlu suilah, tank və bombalardan necə istifadə edə bilməsi haqda sual qaldırıb. O, eləcə də Şimali Afrika və Yaxın Şərqdə baş verən ixtişaşların Avropa və Şimali Amerika daxil edilməklə, dünyanın digər bölgələrinə də yayıla biləcəyini deyib. Tunis və Misir liderləri hakimiyyətdən devrilmiş, Mərakeş, Yəmən və Bəhreyndən tutmuş bir sıra ölkələrdə isə nümayişçilər islahatlara çağırırlar.

Bu ayın əvvəlində isə cənab Əhmədinejadın öz ölkəsində müxalifətin keçirdiyi etiraz aksiyaları hökumət tərəfindən dağıdılmış və qarşıdurmalar nəticəsində iki nəfər həlak olmuşdur.

XS
SM
MD
LG