Accessibility links

İran Shell və Persol şirkətlərinə iki həftə vaxt verdi


şirkətlər Cənub Pars təbii qaz yatağında araşdırma aparmaq üçün kontraktlar barədə qərar verməlidir

İranın təbii qaz ixracatı sahəsində yüksək səviyyəli rəsmisi deyir ki, Neft nazirliyi Avropanın nəhəng ShellPersol şirkətlərinə əsas təbii qaz layihlərinə yatırımlar barədə qərar çıxarmaq üçün 2 həftə vaxt verib. Yarı-rəsmi Mehr xəbər agentliyinin İranın Milli Qaz İxrac şirkətinin rəhbəri Rza Kəsaizadəyə istinadən verdiyi məlumata görə, şirkətlər Cənub Pars təbii qaz yatağında araşdırma aparmaq üçün kontraktlar barədə qərar verməlidir. Əks təqdirdə bu şirkətkər İran şirkətləri ilə əvəz edilə bilər. İki gün əvvəl İranın neft naziri Məsud Mir-Kazemi Cənub Pars yatağının istismarını ləngitdiyinə görə xarici şirkətləri təhdid etmişdi.

XS
SM
MD
LG