Birləşmiş Ştatların Suriyanın hərəkətlərinin Yaxın Şərqdə stabilliyin pozulmasına gətirib çıxara biləcəyini deməsindən sonra, İran bu ölkəyə qarşı hər-hansı təhlükə yaranarsa, ona arxa duracağına söz verib. Bu gün Suriyanın baş naziri Məhəmməd Haci Əl-Otari ilə Dəməşqdə görüşən İranın vitse-prezidenti Məhəmməd Rza Rəhimi Tehranın bütün təhlükələrdə Syriyanın arxasında dayanacağını deyib. Cənab Rəhimi eləcə də, İsrailə də xəbərdarlıq edib ki, əgər İsrail ordusu hər-hansı hücum həyata keçirməyə qalxarsa “ayaqları kəsiləcək”.
İranın vitse-prezidentinin bu bəyanatları Birləşmiş Ştatların dövlət katibi Hilları Klintonun dünən Suriyanın Livandakı Hizbulla yaraqlılarını silahla təmin etdiyini və bunun İsraillə müharibəyə gətirib çıxara biləcəyini deməsindən sonraya təsadüf edir.