Accessibility links

İran uran zənginləşdirilməsini sürətləndirir


İsrail baş naziri Benyamin Netanyahu İranı beynəlxalq təzyiqlərin son vaxtlar azalmasından sui-istifadə etməkdə günahlandırır
İsrail baş naziri Benyamin Netanyahu İranı beynəlxalq təzyiqlərin son vaxtlar azalmasından sui-istifadə etməkdə günahlandırır

İran növbəti beş ildə 4-5 nüvə araşdırmaları reaktorlarını yanacaqla doldurmaq üçün uran zənginləşdirilməsi proqramını sürətləndirməyə hazırdır.

İranın İSNA xəbər agentliyi ölkənin atom enerjisi təşkilatının rəhbərinə istinad edərək İranın nüvə ambsiyasının dayanmayacağını bildirib.

Qərb qüdrətləri İranı gizlində atom bombası üzərində işləməkdə günahlandırır. Iran isə nüvə proqramının dinc mahiyyət daşıdığını israr edir.

Bu arada İsrail baş naziri Benyamin Netanyahu deyib ki, İran beynəlxalq təzyiqlərin azalmasından istifadə edərək nüvə proqramını sürətləndirib. Cənab Netanyahu bu bəyanatı Avropa İttifaqınn İsraildəki səfirləri ilə görüşdə verib.

XS
SM
MD
LG