Accessibility links

İranda ərzaq sürətlə bahalaşır


food Iran
food Iran
İranda ərzaq məhsullarının qiymətləri artır.
APA Agentliyinın məlumatına görə, “The Wall Street Journal” qəzeti bu ölkədə son iki həftə ərzində çörəyin qiymətinin 33% artdığını yazıb. Xəbərdə bildirilir ki, toyuğun kilosu ötən həftə 53 min 660 rial (4 dollar) olduğu halda, bu həftə 69 min riala (5,5 dollar) yüksəlib.
Qəzet yazır ki, İranın paytaxtı Tehran şəhərində ərzaq məhsullarının qiymətlərinin kəskin şəkildə artmasından narazı olan vətəndaşlar üç gün ərzində ən təbii ehtiyacları olan çörək və süd almaqdan imtina ediblər: “Heç bir müxalif qüvvəyə bağlı olmayan insanların həyata keçirdiyi boykot 23, 24 və 25 iyun tarixlərini əhatə edib. Bəzi vətəndaşlar bunun yalnız kiçik sahibkarlıq müəssisələrinin ziyanına olduğunu düşünərək boykota qatılmayıb. Nəticədə üç gün içərisində paytaxtda çörək və süd məhsullarının satışı 90% aşağı düşüb. Bu gün beynəlxalq sanksiyaların və iqtisadi embarqonun vurduğu İranda inflyasiya 50 faizi aşıb”.
“The Wall Street Journal” iyulun 1-dən etibarən Avropa Birliyinin İrandan neft idxalına qoyacağı sanksiyanın qüvvəyə minəcəyini xatırladaraq, bu ölkədə vətəndaş itaətsizliyinin baş verəcəyini yazır: “Sanksiyalar səbəbindən “milli qürur”un bir parçası halına gəlməklə tablaşan iqtisadiyyat bir müddətdir yerli qəzetlərin manşetlərindən düşmür. İran parlamentinin sədri Əli Laricani də boykotla bağlı açıqlamasında deyib ki, hazırda ölkənin ən əsas problemi iqtisadiyyatdır”.
XS
SM
MD
LG