Accessibility links

Adam Sterlinq: Azərbaycan İranın qonşusu kimi, nüvə probleminə xüsusi maraq göstərir


Adam Sterlinq
Adam Sterlinq

Amerika İranın nüvə silahı yaratmasının qarşısının alınmasında Azərbaycanın dəstəyini yüksək qiymətləndirir

ABŞ Azərbaycanın İranın nüvə silahı hazırlamasının qarşısını almaqda dünya birliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndirir.

Bu barədə Amerikanın Azərbaycandakı səfirinin müavini Adam Sterlinq jurnalistlərə söhbətində bildirib.

Onun fikrincə, dünya dövlətləri İranın nüvə silahı əldə etməsinə mane olmaqda maraqlıdır.
“Azərbaycan İranın qonşusu kimi, bu problemə xüsusi, yüksək maraq göstərir”.

Səfir müavini deyib ki, ABŞ İranın nüvə proqramının qarşısını almaqda irəliləyişə nail olub.
"Bu gün dünya ictimaiyyəti İran hökumətini iqtisadiyyatı inkişaf etdirmək üçün yaxşı imkanlara malik olduğuna inandırmalıdır", - o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG