Accessibility links

İranda 20 illik həbsə məhkum olunmuş yeddi Bəhayi üzvünün həbs cəzası yarıya endirilib


İranda 20 illik həbsə məhkum olunmuş yeddi Bəhayi üzvünün həbs cəzası yarıya endirilib
İranda 20 illik həbsə məhkum olunmuş yeddi Bəhayi üzvünün həbs cəzası yarıya endirilib

İnsan hüquqları qrupları da daxil olmaqla, ABŞ və başqa ölkələr ittihamı əsassız hesab edir

Bəhayi fəalları bildiriblər ki, İranda 20 illik həbsə məhkum olunmuş yeddi üzvünün həbs cəzası yarıya endirilib. Bəhayilərin Nyu Yorkdakı ofisi dünən bildirib ki, həbsə alınan yeddi nəfəri təmsil edən vəkil çərşənbə günü cəza müddətinin 10 ilə endirildiyini bildirib. İranda Bəhayi liderləri 2008-ci ilin may ayında həbs edilib. Onlara qarşı xaricilərə casusluq, Yer kürəsində korrupsiyanı yaymaq və İsraillə əməkdaşlıq ittihamları irəli sürülüb. İki qadın və beş kişi ittihamları inkar ediblər. İnsan hüquqları qrupları da daxil olmaqla, ABŞ və başqa ölkələr ittihamı əsassız hesab edir. ABŞ Dövlət Departamentinin bu ilin əvvəli çıxan hesabatında İran hökumətinin Bəhayi etiqadına xidmət göstərənlərə qarşı ittihamları tənqid edib. İranın 300 000-lik üzvü olan Bəhayi ictimayyəti ölkənin ən böyük qeyri-müsəlman azlığı hesab edilir.

XS
SM
MD
LG