Accessibility links

İranda Apelyasiya məhkəməsi azərbaycanlı jurnalistin şikayətini təmin etməyib


İranda Apelyasiya məhkəməsi azərbaycanlı jurnalistin şikayətini təmin etməyib
İranda Apelyasiya məhkəməsi azərbaycanlı jurnalistin şikayətini təmin etməyib

Səid Muğanlı İrandakı mövcud quruluşun əleyhinə şerlər yazmaqda ittiham olunaraq 6 ay azadlıqdan məhrum edib.

İranda türk dilində yazan tanınmış şair-publisist, jurnalist Səid Muğanlının apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA Agentliyinin məlumatına görə, Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsində keçirilən prosesdə onun etirazı rədd edilib və aşağı instansiya məhkəməsinin azərbaycanlı jurnalist barəsində çıxardığı həbs qərarı qüvvədə saxlanılıb. Səid Muğanlı 6 aylıq həbs cəzasını çəkmək yaxın günlərdə həbsxanaya aparılacaq.
Qeyd edək ki, azərbaycanlı jurnalist Təbriz İnqilab Məhkəməsi tərəfindən İrandakı mövcud quruluşun əleyhinə şerlər yazmaqda ittiham olunaraq 6 ay azadlıqdan məhrum edib.

XS
SM
MD
LG