Accessibility links

İranda həbs edilən amerikalı səyahətçilərin anaları İrana gedir


Həbs edilən səyahətçilərin ailə üzvləri və ABŞ hökuməti onlara qarşı irəli sürülən casusluq ittihamını rədd edirlər

Keçən ilin iyul ayında İraqdan İrana keçərkən İran sərhədçiləri tərəfindən saxlanılan amerikalı səyahətçilərin anaları onların azad edilməsi üçün müraciət etmək məqsədi ilə bu gün Tehrana yola düşürlər. Analar İrana vizanı keçən həftə alıblar ki, İran tərəfi bunun humanitar zəmində verildiyini bildirib. Üç amerikalı - Coşua Fattal, Şeyn Boer və Sara Şordun İran sərhədini qeyri-qanuni keçməyə çalışarkən İran tətrəfindən həbs edilmiş və onlara qarşı casusluq ittihamı irəli sürülmüşdü. Həbs edilən səyahətçilərin ailə üzvləri və Birləşmiş Ştatlar hökuməti onlara qarşı irəli sürülən ittihamı rədd etmiş və onların azad edilməsinə çağırmışlar. İranda həbs edilən səyahətçilərin anaları Amerikanın Səsinin Fars xidmətinə müsahibə verərkən İran rəsmiləri ilə görüşəcəklərinə və onlardan uşaqlarının azad edilməsini xahiş edəcəklərinə ümid etdiklərini demişlər.

XS
SM
MD
LG