Accessibility links

İranda həbsdə olan alim vətəninə qayıtdı


Tehran tərəfindən 10 il həbs cəzasına məhkum edilmiş Reyssin azad edilməsi üçün 300 000 dollar ödənilib

Fransa rəsmiləri İranda casusluq ittihamı ilə həbs edilən fransalı alimin vətəninə qayıtdığını bildirmişlər. İranlı vəkil Məhəmməd Əli Məhdavi-Sabitin dediyinə görə, Klotilda Reyss bu gün Fransa hökumətinə məxsus təyyarə ilə Dubaya, oradan da Fransaya gətirilib. Klotilda Reyss bu gün günortadan sonra Parisdə, Yelisey sarayında Fransa prezidenti Nikola Sarkozi ilə görüşüb. Tehran tərəfindən 10 il həbs cəzasına məhkum edilmiş Reyssin vəkili dünən onun azad edilməsi üçün 300 min dollar ödənildiyini bildirib. Keçən ilin iyun ayında keçirilən prezident seçkilərindən sonra həbs edilən 24 yaşlı Reyss altı həftə İran həbsxanasında saxlandıqdan sonra zəmanətə buraxılmış və Tehrandakı Fransa səfirliyinə göndərilmişdi.

XS
SM
MD
LG