Accessibility links

İranda iki azərbaycanlı fəal tutulub


Əliriza Hüseynzadə, siyasi fəal
Əliriza Hüseynzadə, siyasi fəal

İran rəsmiləri siyasi və mədəni fəallar, Dr. Əliriza Abdullahi və Əliriza Hüseynzadə haqqında ittihamlar və onların haraya aparılması barədə məlumat verməyiblər.

HARANA (İranın İnsan Haqları Xəbər Ağentiliği), Savalan səsi və Güney Azərbaycan Xəbər Mərkəzi kimi saytların verdikləri xəbərlərə görə, İranda iki azərbaycanlı fəal həbs olunub.

Həmin agentlik və saytların yazdığına görə, siyasi və mədəni fəallar Dr. Əliriza Abdullahi və Əliriza Hüseynzadə, Urmiyə və Təbriz şəhərlərində tutulublar.

HARANA yazır ki, təbrizli mədəni fəal Əliriza Hüseynzadə May ayının 11-də, öz iş yerində nəzarət altına alınıb. Həmin xəbərdə deyilir ki, Təbrizin İttilaat məmurları onu naməlum bir yerə götürüblər. Savalan səsi də əlavə edir ki, Əliriza Hüseynzadəni tutandan sonra, onu öz evinə götürüb və evində olan yazıları, kompyuterləri və Traktor Komandasının(Traktor Timi) şəkillərini də müsadirə ediblər.

Xəbərdə Əlirizanın həyat yoldaşına istinadən deyilir ki, məmurlar və Əliriza evə gələndə o evdə olmayıb ancaq evə qayıdanda həyat yoldaşının özünün tutulması barədə yazdığı qeydi görüb. HARANA-nın xəbərində yazılır ki, Əlirza Hüseynzadənin xanımı onun harada saxlanması barədə xəbər almaq üçün ədliyyə, polis və əmniyyət idarələrinə müraciət edib, amma onların heç biri, Əlirzanın tutulmasını boynuna götürməyib. Qeyd edək ki, İranın təhlükəsizlik orqanları çox vaxt saxlanılan şəxslərin harada olması hətta saxlanması barədə məlumat verməkdən imtina edir, çox vaxt onların saxlanması xəbərini təstiqləmirlər.

Əlirza Hüseynzadəyə qarşı irəli sürülən ittiham və ya ittihamlar barədə məlumat verilməsə də xəbərlərdə deyilir ki, onun təhlükəsizlik məmurları tərəfindən Traktor komandasının tərəfdarı olduğuna görə saxlandığı təxmin olunur. O bir müddət əvvəl də bu məsələ ilə bağlı olaraq saxlanmış və bir gün həbsdə qalmışdı.

Eyni halda, xəbər saytlarının yazdıqlarına görə Urmiyəli siyasi fəal Əliriza Abdullahi mayın onunda öz iş yerinə gedəndə, Urmiyənin İmam xiyabanında təhlükəsizlik məmurları tərəfindən saxlanıb. Onu kimin tutması, haraya götürülməsi və nə ilə ittiham olunması barədə məlumat yoxdur. Abdullahinin atası İran-İraq müharibəsi şəhididir. Onun özü isə Urmiyə şəhərinin artıq fəaliyyəti dayandırılmış “Bilim Yolu” dərnəyinin təsisçilərindəndir.

XS
SM
MD
LG