Accessibility links

İranda ilk atom elektrik stansiyası işə düşür


İran rəsmiləri obyektin hasil etdiyi elektrikdən növbəti iki-üç ay ərzində istifadə ediləcəyini gözləyirlər

Bu gün İranda mühəndislər ölkənin ilk atom elektrik stansiyasını yanacaqla doldurmağa başlayıblar. Obyekt İranın cənubundakı Buşehrdə yerləşir. İran televiziyası İran və Ruisiya rəsmilərinin ağ labaratoriya xalatında stansiyanın açılışı mərasimini qeyd etmə zamanında sahədə gəzdiklərini göstərib. Rusiya obyektin tikintisinə yardım edib və reaktoru yanacaqla təmin edir. Sahədə keçirilən mətbuat konfransında İranın atom enerjisinin rəhbəri Əli Əkbər Salehi Rusiyaya əməkdaşlıq etdiyinə görə təşəkkür edib. O, eyni zamanda bildirib ki, Qərb dövlətləri tərəfindən təzyiq, sanksiyalar və əziyyətlərə baxmayaraq İran ölkənin sülhsevər nüvə fəaliyyətinin böyük rəmzinə qədəm qoyur. İranın dövlət televiziyası məlumat verir ki, 163 yanacaq naqillərinin stansiyanın reaktoruna köçürülməsi sentiyabr ayının beşinə qədər bitirilməlidir. Xəbər agentliyi bildirib ki, İran rəsmiləri obyektin hasil etdiyi elektrikdən növbəti iki-üç ay ərzində istifadə ediləcəyini gözləyirlər.

XS
SM
MD
LG