Accessibility links

İranın Buşehr nüvə elektrik stansiyasının tikintisi başa çatıb


İranın Buşehr nüvə elektrik stansiyasının tikintisi başa çatıb
İranın Buşehr nüvə elektrik stansiyasının tikintisi başa çatıb

Rusiyanın dövlət ROSATOM şirkəti iranlı işçilərə zavodu idarə etmək üçün təlimlər keçir

İranın Buşehr nüvə enerji zavodunun tikintisi başa çatıb. Reaktoru təchiz edən Rusiya iranlılara mexanizmi idarə etməyi öyrədir. Tokiyonun şimalında yerləşən Sakit Okean sahilində Fukuşima nüvə enerji stansiyasında işçilər mart ayında baş verən zəlzələ zamanı dağıntılara səbəb olan radiasiyanın yayılmasının qarşısını almaq üçün mübarizə apardılar. Onlar fövqəladə hallara dair geniş təlimlər keçiblər. Bu cür təlimlər İranın yeni Buşehr nüvə enerji stansiyasındakı işçilərə də aiddir. Nüvə enerji sənayesi 25 il bundan əvvəl Ukraynadakı Çernobl atom elektrik stansiyasında baş verən hadisəni heç bir vaxt unutmayacaq. Orada soyuducu sistemdə keçirilən sınaq reaktorun partlamasına səbəb olaraq dünyada ən dəhşətli nüvə enerji fəlakətinə səbəb oldu. Əsasən də Çernobl hadisəsindən sonra qlobal nüvə enerji sənayesi diqqəti `nüvə təhlükəsizliyi məsələsi`üzərində cəmləşdirdi. Nüvə Enerji İnstitutunda çalışan ABŞ ticarət qrupunun nümayəndəsi Toni Piutranqelov məfhumu izah edir.

İranın Buşehr nüvə elektrik stansiyasının tikintisi başa çatıb
İranın Buşehr nüvə elektrik stansiyasının tikintisi başa çatıb

Tony Piutranqelov: `Təhlükəsizlik məsələsi davamlı şəkildə nəzarətdə saxlanılır. Bu məsələni daim qabağa aparmaq mümkündür. Bu peşəkarlıqdır. Bu texnalogiyaya ehtiramdır.`

Nüvə təhlükəsizliyi mədəniyyətinin pillələrindən biri nüvə enerji zavodunu idarə edənlərə təlim verməkdir. Rusiyanın dövlət nüvə enerji müəssisəsi ROSATOM illər uzunu təxirə salınan Buşehr zavodununun tikintisini nəhayət bitirdikdən sonra iranlı işçilərə zavodu idarə etmək üçün təlimlər keçirlər. ABŞ-ın Brookhaven milli laboratoriyasının baş elmi işçisi Opendra Roteqi təlim rejimini izah edir.

Opendra Roteqi: `Onlar siniflərdə operator təlimləri keçirirlər. Bundan başqa onların bütün halları əhatə edən simulyatorları var. Bu simulyatorlar qərb standartlarına uyğun gəlir.`

İranın Buşehr nüvə elektrik stansiyasının tikintisi başa çatıb
İranın Buşehr nüvə elektrik stansiyasının tikintisi başa çatıb

Pilotların təlim keçdikləri aviasiya simulyatorları kimi, nüvə enerji operatorları da problemlər və gözlənilməz fövqəladə hallar zamanı gerçək həyatda təlafat və fəlakətə səbəb ola biləcək səhvlər etməmək üçün təlimlər keçirlər. ROSATOM, Çin və Hindistan kimi başqa sifarişçiləri ilə keçirdiyi proseduranı İrana da tətbiq edərək bir müddət Buşehr zavoduna nəzarət edəcək. İranın üzv olduğu Beynəlxalq Atom Enerji Agentliyi zavodun fəaliyyətinə bir müddət nəzarət edəcək. Beynəlxalq Atom Enerji Agentliyi müfəttişlərdən ibarət qrupları ən yaxşı təcrübələrin həyata keçiriləcəyinə nəzarət etmək məqsədi ilə nüvə zavoduna göndərir. Lakin Yaponiyanın Fukuşima stansiyasında baş verən fəlakət monolit zəlzələ kimi təbii fəlakətin hətta ən yüksək səviyyəli təhlükəsizliyə güc gələ biləcəyini göstərir.

XS
SM
MD
LG