İran hökuməti daşqalaqla ölüm cəzasına məhkum edilmiş qadın haqda qeyri-qanuni məlumat toplamağa cəhd göstərdiyinə görə həbs edilən iki alman vətəndaşının konsulluqla əlaqə saxlamaq imkanları olduğunu bildirib. Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst İranın milli qanunlarını pozduqlarına görə bu ayın əvvəlində həbs edilən almanlara qarşı məhkəmə işi qaldırıldığını bildirib. İran həmin almanların ölkəyə turist vizası ilə daxil olduqlarını deyir. Almaniyada açıqlanan məlumatlarda həmin şəxslərin jurnalist olduqlarını deyilsə də, İran hökuməti onların xaricdə işləmək üçün mətbuat vizaları olmadıqlarını bəyan edib.
Almanlar İranın milli qanunlarını pozduqlarına görə bu ayın əvvəlində həbs edilib