Accessibility links

İranın nüvə proqramının direktoru uran zənginləşdirilməsində yaranan problemlər barədə iddiaları rədd edib

İranın nüvə proqramının direktoru Əli Əkbər Salehi uran zənginləşdirilməsində yaranan problemlər barədə iddiaları rədd edib.O, Staknet kompyuter virusunun atom proqramına heç bir ziyan vurmadığını qeyd edib. Cənab Salehi İranın bu virusla nüvə proqramının inkişafına mane olan düşmənlərinin məqsədlərinə nail olmadığını deyib. Bu bəyanat BMT-nin Atom Enerjisi Agentliyinin texniki problemlərin İranın nüvə proqramının yavaşımasına səbəb olduğunu bildirməsinə cavab mahiyyəti daşıyır. Agentliyin bildirdiyinə görə, uran zənginləşdirilməsində istifadə edilən sentrifuqalar Natanz nüvə obyektindən çıxarılıb. 8500 sentrifuqanın ya olduqca yavaş çalışdığı, ya da tamamilə dayandırıldığı deyilir.

XS
SM
MD
LG