Accessibility links

İranın səfiri Bakıya qayıtmayıb


İran hesab edir ki, Bakıda keçirilən etiraz aksiyalarında dini müqəddəslərin təhqirinə yol verilib.

İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhraminin nə vaxt Bakıya qayıdacağı hələ məlum deyil. Bu barədə İranın Bakıdakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri Turan Agentliyinə bildirib.

İranın Azərbaycandakı səfiri mayın 21-də məsləhətləşmələr aparmaq üçün Tehrana çağırılıb. İndiyədək səfir Bakıya dönməyib. İranın Azərbaycandakı müvəqqəti işlər vəkili Əhməd Neməti bildirib ki, səfir Azərbaycanda dini müqəddəslər təhqir olunduğuna görə məsləhətləşmələrin aparılması üçün Tehrana çağırılıb. Xatırladaq ki, may ayında Bakıda keçirilən Eurovision mahnı müsabiqəsi ərəfəsində İranda Azərbaycan əleyhinə, Azərbaycanda isə İran əleyhinə etiraz aksiyaları keçirilib. Aksiyalarda qarşılıqlı olaraq ölkə rəhbərlərinin əleyhinə şüarlar səsləndirilib. İran hesab edir ki, Bakıdakı aksiyalarda İranın dini liderinin təhqirinə yol verilib.

XS
SM
MD
LG