Accessibility links

İraq həbsxanasında qiyam baş verib


İraq həbsxanasında qiyam baş verib
İraq həbsxanasında qiyam baş verib

İraq Daxili İşlər Nazirliyinin həbsxanasında baş qaldıran qiyam nəticəsində azı 17 adam, o cümlədən Bağdadın şərqində əks-kəşfiyyata nəzarət edən rəsmi öldürülüb.

Bazar günü öldürülənlər sırasında Əl-Qaida üzvü Husayfa əl-Battavi də var. O, ötən ilin oktyabrında onlarla adamın ölümünə bais olan kilsə bombalanmasıənda günahlandırılırdı.

Təhlükəsizlik rəsmiləri deyirlər ki, zorakılıqlar məhbuslardan birinin keşikçidən silahı alaraq onu öldürməsindən sonra başladığını bildirir. Bəzi xəbərlərə görə həmin adam əl-Battavi olub.

Qiyamı başladan şəxs bir neçə adamı girov götürdükdən sonra bir neçə Əl-Qaida üzvü olan məhbusu azad etdirib.

Məhbuslar əlavə bir neçə silah ələ keçirdikdən sonra əks-terrorizm üzrə rəsmi Müayid Məhəmməd Salehin kabinetinə daxil oalraq onu öldürüblər.

Cərəyan edən zorakılıqlarda 10 məhbus, 6 keşikçi öldürülüb. Rəsmilər qaçmağa çalışan məhbusları öldürdükdən sonra həbsxanaya nəzarəti ələ alıblar.

XS
SM
MD
LG