Accessibility links

İraqda hərbi uniforma geymiş şəxslər 24 nəfəri öldürüblər


İraqda hərbi uniforma geymiş şəxslər 24 nəfəri öldürüblər
İraqda hərbi uniforma geymiş şəxslər 24 nəfəri öldürüblər

Polis deyir ki, beş qadının daxil olduğu qurbanların əvvəlcə əlləri qandallanmış sonra isə baş nahiyəsindən güllə ilə vurulmuşlar.

İraq rəsmiləri deyir ki, hərbi uniforma geymiş silahlı şəxslər Bağdad yaxınlığındakı Sünni kəndində üç evə hücum edərək ən azı 24 adamı qətlə yetiriblər. Polis deyir ki, beş qadının daxil olduğu qurbanların əvvəlcə əlləri qandallanmış sonra isə baş nahiyəsindən güllə ilə vurulmuşlar. Qətllər paytaxtın cənubundakı Ərəb Cabur bölgəsində baş verib. Qətllərdən sonra azı 7 adam əli qolu bağlı şəkildə sağ tapılıblar. İraq hüquq mühafizə orqanları cinayət yerini əhatəyə alaraq dindirmək üçün 25 nəfəri saxlamışlar. Rəsmilər öldürülənlərdən çoxunun Oyanış hərəkatının üzvləri olduğunu deyir. Bu hərəkat 2006-2007-ci illərdə ABŞ və İraq hökumətinin dəstəyi ilə Əl Qaidaya qarşı mübarizə aparmışdılar.

XS
SM
MD
LG