İraq rəsmiləri hökumət binasında baş verən partlayış nəticəsində altı polis işçisi daxil olmaqla azı 13 nəfərin öldüyünü xəbər verirlər. 20-dən çox adam Bağdaddan 100 kilometr qərbdə yerləşən Ramadi şəhər şurasının binasına edilən hücumda yaralanıb. Ölənlərin sayının artacağı gözlənilir. Polislər yaxınlıqda qoyulmuş ikinci bombanı zərərsizləşdirməyə nail olublar. İraqın Baquba şəhərində isə intiharçı hücumu nəticəsində azı iki şiə zəvvar ölüb.