Accessibility links

Rəqqa şəhərinə yekun hücum həyata keçirilib


ABŞ-ın dəstəklədiyi döyüşçülər Suriyanın Rəqqa şəhərinə yekun hücumunu həyata keçirib. Bu şəhər İŞİD tərəfindən xilafətin paytaxtı elan edilmişdi.

Kürdlərin başçılığı ilə Suriya Müdafiə Qüvvələri 275 yaraqlı və onların ailələrinin şəhəri tərk etdiyini bildirib. Cihadçıların şəhərdə 200-300 yaraqlısının qaldığı bildirilir.

Rəqqanın İŞİD-dən təmizlənməsi gözlənililr. Belə ki, kürd döyüşüçlər şəhəri terrorçulardan geri almayınca rahatlamayacaqlarını deyib.

Beynəlxalq koalisiyanın sözçüsü Rayan Dillon kürd və ərəblərin şəhər uğrunda döyüşlərinin ağır olduğunu bildirib.

Hava hücumları və xüsusi dəstələrin köməyinə arxalanan Suriya Demokratik Qüvvələri iyun ayından bəri İslam Dövlətini Rəqqadan uzaqlaşdırmaq uğrunda döyüşlərdə iştirak edir.

İslam Dövlətinin Rəqqadda məğlub edilməsi Mosuldakı qələbədən sonra militant qrupla mübarizədə ən əhəmiyyətli nailiyyət olacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG