Accessibility links

Rəqqada hələ də 2 mindən artıq İŞİD yaraqlısının qaldığı ehtimal edilir


Amerikanın Rəqqada İŞİD əleyhinə əməliyyatlarda iştirak edən koalisiyadakı nümayəndəsi Brett Makkürk ötən ay terror qrupunun xarici döyüşçüləri sıralarına cəlb etmək üçün açıq mövsüm elan etdiyini deyib.

Rəqqada hələ də 2 mindən artıq İŞİD yaraqlısının qaldığı ehtimal edilir. Onların əksəriyyəti Yaxın Şərq, Şimali Afrika və Mərkəzi Asiya dövlətlərindəndir.

Qrup gələn bir neçə həftə ərzində məhv edilsə belə onun İraq və Suriyada 13 minə yaxın yaraqlısı qalacaq. Onların gələcəyə hədə olduqları narahatlqılara yol açıb.

ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDF) şəhərin qədim hissəsini nəzarət altında saxlayır. Bu ərazi terror qrupunun de-fakto paytaxtının 4-də 1 hissəsini təşkil edir. Ələ keçirilən ərazilərin nəzarətdə saxlanması olduqca çətindir.

SDF və Azad Suriya Ordusu döyüşçülərinin əməliyyatlar qoşulması irəliləyişə imkan vermir. Lakin ən böyük maneə son aylar şəhər taktikasından istifadə edən İŞİD yaraqlılarıdır.

Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, döyüşlərin ilk ayı 650- nəfərin ölümü sənədləşdirilib. Onların 224-ü mülki vətəndaşdır.

XS
SM
MD
LG