Accessibility links

Raqqa uğrunda döyüşlər davam edir


Birləşmiş Ştatların dəstəklədiyi hərbi qüvvələri bir aydır davam edən döyüşlərdən sonra İslam Dövləti qrupunun de-fakto paytaxtı olan Raqqada Köhnə şəhər ətrafındakı divarı dağıda bilib.

ABŞ-ın başçılıq etdiyi koalisiyanın bazar ertəsi açıqladığı bəyanatında Suriya Demokratik qüvvələrinin İslam Dövləti qrupunun göstərdiyi ciddi müqavimətı qıra bildiyi və koalisiyanın hərbi təyyarələrinin şəhərin ətrafındakı Rafiqa divarında hərəsi 25 metr olan iki dəlik açdığı bildirilib.

Koalisiya qüvvələrinin sözçüsü general Rayan Dillon mülki vətəndaşların təhlükəsizliyinin qorunması üçün ordunun böyük səy göstərdiyini, son illər İsalm Dövləti qrupu tərəfindən dağıdılan qədim abidələr və ibadətgahların da qorunduğunu bildirib.

İslam Dövləti qrupu keçən ay Mosulun Əl-Nuri məscidi və onun Əl-Hədba kimi tanınan əyilmiş minarəsini partladıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG