Accessibility links

Kürd qüvvələri Raqqa uğrunda əməliyyatlara başlayıb


Kürdlərin başçılıq etdiyi Suriya Demokratik Qüvvələri İŞİD-in paytaxt hesab etdiyi Raqqa şəhərini İŞİD-dən azad etmək üçün əməliyyatlara başlayıblar.

ABŞ-la müttəfiqi olan qrupun onlayn yaydığı videoda, "biz ABŞ koalisiya qüvvələrinin köməyi ilə Raqqa şəhərin uğrunda əməliyyata başlayırıq" deyə kürd komandir Rocda Felat bildirib.

Qrupun komandanlarından biri Amerikanın Səsinə bildirib ki, onun qüvvələri üç cinahdan hücuma keçəcək.

Komandanlardan biri Amerikanın Səsinə bildirib ki, anti-İŞİD qüvvələr üç cinahdan hücuma keçəcək.

ABŞ koalisiya qüvvələrinin sözçüsü Stiv Varren deyib ki, Suriya Demokratik Qüvvələri Raqqanın şimalına əməliyyatlar başladacağını bildirib. Biz hər zaman İŞİD-i Raqqadan çıxarmaq üçün səfərbər olmuşuq və Suriya Demokratik Qüvvələrini dəstəkləməyə davam edəcəyik.

Suriya Demokratik Qüvvələrinin komandirlərindən biri koalisiya qüvvələrinin onlarla birlikdə döyüşəcəyini bildirsə də Varren koalisiya qüvvələrinin əməliyyatlarda alacağı rol barədə açıqlama verməkdən imtina edib.

Kobani, Hasakah və Raqqa, Suriya
Kobani, Hasakah və Raqqa, Suriya

“Biz Xüsusi Qüvvələrin əməliyyatları haqda danışmırıq,” deyə o, əlavə edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistana səfəri zamanı bildirib ki, Moska Raqqanın azad olunması üçün ABŞ koalisiya qüvvələri və kürdlərlə əməkdaşlıq etməyə hazırdır.

Lakin Varren Rusiya ilə əməkdaşlıq barədə fikir bildirmək istəməyib.

ABŞ senatoru Con Makkeyn Raqqa uğrunda döyüşlərin çətin olacağını bildirib.

"Hesab edirəm ki, İŞİD asanlıqla təslim olmayacaq. Onlar sonadək vuruşacaqlar," deyən Makkeyn eyni zamanda İŞİD-in sonda məğlubiyyətə uğrayacağı barədə nikbinliyini ifadə edib.

XS
SM
MD
LG