Accessibility links

Sabiq birinci xanım Rosalin Karter uğurlu əməliyyatdan sonra bərpa olunur


ABŞ-ın sabiq birinci xanımı Rosalin Karter bazar günü üzərində keçirilən uğurlu tibbi əməliyyatdan sonra Atlanta ərazisi xəstəxanasında bərpa olunur.

Həyat yoldaşı və sabiq ABŞ prezidenti Cimmi Karter tərəfindən təsis edilmiş Karter Mərkəzinin bəyanatında bildirilir ki, Rosalin Karter üzəridən keçirilən əməliyyat bir neçə il öncə kistasının götürüldüyü yerdən zədəli toxumaların yığışdırılması üçün keçirilib.

90 yaşlı sabiq birinci xanımın növbəti bir neçə gün xəstəxanada olacağı ehtimal edilir.

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter 2015-ci ildə qaraciyərinə və beyninə yayılmış metastatik melanomadan müalicə proseduru keçib.

Əməliyyatdan, radiasiya müalicəsindən və immunoterapiyadan sonra sabiq prezidentin 2016-cı ilin mart ayında xərçəngdən azad olduğu elan edildi.

XS
SM
MD
LG