Accessibility links

Rasim Musabəyov: Ukrayna Avropanı seçsə postsovet məkanı darmadağın olacaq [Video-müsahibə]


Milli Məclisin deputatı Rasim Musabəyov
Milli Məclisin deputatı Rasim Musabəyov

Milli Məclisin deputatı Rasim Musabəyovun Amerikanın Səsinə müsahibəsi

Milli Məclisin deputatı Rasim Musabəyov Amerikanın Səsinə müsahibəsində Cənubi Qafqazda əsas təhdidlər, İran-qərb münasibətləri və Ukrayna hadisələrinin regiona təsirlərindən danışıb.

Musabəyovun fikrincə, region üçün əsas təhdid böyük güclərin maraqlarının toqquşmasıdır.


“Rusiya yenə də bütövlükdə Cənubi Qafqazı öz təsir dairəsinə çevirmək niyyətindədir. Avropa Birliyinin regionda fəallığı müşahidə edilir. Gizli olsa da İranın da regionda ciddi maraqları var”, o qeyd edib.




Musabəyov hesab edir ki, İran izolyasiyadan çıxaraq qərbə yaxınlaşsa regiondakı iddiaları üçün daha geniş imkanlar yarana bilər.

“Böyük dövlətlərin maraqlarının toqquşmasının proyeksiyası var. Ən böyük təhlükələr Abxaziya və Cənubi Osetiya problemi, Dağlıq Qarabağ münaqişəsinin hər zaman aktiv fazaya keçməsi reallığıdır”.

Millət vəkilinin fikrincə, İran rejimi transformasiya ərəfəsindədir və bu qaçılmazdır.

“İran-qərb münasibətləri normallaşarsa, ölkə təcriddən çıxarsa dəyişikliklər daha sürətlə həyata keçirilə bilər. Dəyişikliklər həyata keçirilərsə orada yaşayan azərbaycanlılar ölkənin siyasətində daha önəmli yer tutacaq. Burada söhbət İranın parçalanması ssenarisindən getmir. Hər bir halda mərkəzi hakimiyyəti İranda yaşayan on milyonlarla azəri-türklərinin iradəsu ilə hesablaşmalı olacaq. Dəyişikliklər fonunda İran Ermənistana arxa olan dövlət kimi görünməyəcək. Bu dəyişkilərdə Azərbaycan siyasətinin bir nömrəli məsələsi İranla münasibətləri yaxşılaşdırmaq olmalıdır”, Musabəyov bildirib.

O hesab edir ki, Ukrayna Avropaya inteqrasiya yolunu seçsə necə ki, vaxtı ilə Ukraynanın SSRİ-dən çıxma qərarı bu ittifaqın dağılmasına gətirib çıxardığı, indi isə MDB və postsovet məkanının darmadağın olmasına səbəb olacaq.

Milli Məclisin deputatının fikrincə, regionun enerji layihələri Avropanın enerji mənzərəsinin dəyişməsinə təkan verə bnilər.

“Gələcəkdə İraq və İran qazı da Azərbaycan kəmərləri vasitəsi ilə Avropaya daşına bilər”, o qeyd edib.
XS
SM
MD
LG