Accessibility links

Fransa və Azərbaycan regional təhlükəsizlik məsələlərini müzakirə edib


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa xarici işlər naziri Loran Fabiusla görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa xarici işlər naziri Loran Fabiusla görüşüb

İki ölkənin xarici işlər nazirləri Ermənistan-Azərbaycan münaqişəsi, ikitərəfli əlaqələr və enerji məslələrini də diqqət mərkəzində saxlayıb

İyulun 23-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə fransalı həmkarı Loran Fabiusla görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə nazirlər ikitərəfli əlaqələrin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyindən məmnunluqlarını bildirib.

İqtisadi əlaqələrə gəldikdə, Loran Fabius Fransanın bir sıra iri şirkətlərinin Azərbaycanda yalnız neft sahəsində deyil, eləcə
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa xarici işlər naziri Loran Fabiusla görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa xarici işlər naziri Loran Fabiusla görüşüb
də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərdiyini qeyd edib və bu əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid ifadə edib.

Fransalı nazir Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafına verdiyi töfhəni xüsusi qeyd edib və Bakıda fransız liseyinin yaradılmasına göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Görüşdə, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib. Nazir Elmar Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan münaqişəsi, danışıqlar prosesi barədə məlumat verib və münaqişəsinin həllinin bütövlükdə regionda sülhün və sabitliyin bərqərar olması üçün zəruri olduğunu qeyd edib.

​Enerji təhlükəsizliyi məsələləri də müzakirə mövzularından olub. Nazir Məmmədyarov həmkarına regionda cari və perspektiv enerji layihələri barədə məlumat verib.

Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər, xüsusilə də Cənubi Qafqaz regionunda və Avropada təhlükəsizlik məsələləri, Azərbaycan-Avropa İttifaqı münasibətləri, beynəlxalq terrorizmə qarşı mübarizə barədə fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG