Accessibility links

NATO baş katibi Cənubi Qafqaz ölkələrinə səfər edəcək


NATO baş katibi Anders Foq Rasmussen
NATO baş katibi Anders Foq Rasmussen

İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, Cənubi Qafqaz ölkələrinin NATO layihələrində iştirakı müzakirə olunacaq

NATO baş katibi Anders Foq Rasmussen sentyabrın 5-9-da Ermənistana, Gürcüstana və Azərbaycana səfər edəcək. Bu barədə Şimali Atlantik Alyansın saytında məlumat yerləşdirilib.
Yerevanda, Tbilisidə və Bakıda hər üç ölkənin siyasi və hərbi rəhbərlikləri ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, Cənubi Qafqaz ölkələrinin NATO layihələrində iştirakı və digər məsələlər müzakirə olunacaq.
XS
SM
MD
LG