Accessibility links

Rauf Mirqədirovun səhhətində problem yaranıb


Rauf Mirqədirov
Rauf Mirqədirov

Hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan jurnalist Rauf Mirqədirovun səhhətində ciddi problem yaranıb. Onun qan təzyiqi gözlənilmədən aşağı düşüb. Bu barədə vəkil Elmar Süleymanov Amerikanın Səsinə bildirib.

Süleymanov bu gün MTN-nin təcridxanasında Rauf Mirqədirovla görüşüb.

“Bu gün Rauf Mirqədirovun yanında oldum. Səhhəti yaxşı deyildi. Onu mənimlə görüşə həkimin yanından gətirdilər. Dedi ki, təzyiqi stabil deyil. Təzyiqi gözlənilmədən çox aşağı düşüb. Həkim ona müalicə təyin etməli idi. Mənimlə görüşdən sonra yenidən həkimin müayinəsinə qaytardılar. Mirqədirov qan təzyiqindən çox narahat idi”,o qeyd edib.

Vəkil jurnalistin saxlanma şəraitinin normal olduğunu deyib.

“Rauf Mirqədirov təcridxanada saxlanma şəraitindən narazı deyil. Ona qarşı münasibətin normal olduğunu bildirir. Amma istintaqın uzanmasından narahat və narazıdır”, Süleymanov bildirib.

“Zerkalo” qəzetinin 2010-cu ildən Türkiyə üzrə xüsusi müxbiri Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalist Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Ermənistanın xeyrinə casusluqda günahlandırılaraq barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi qaldırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG